AZ

“Viktoriya” məğlub olmadı, amma turniri tərk etdi - İCMAL

Fevralın 26-da Avropa Liqasının (AL) pley-offuna yekun vuruldu. Bu mərhələnin cavab oyunları çərçivəsində həlledici 8 matç keçirildi.

"Football-plus.az" xəbər verir ki, mərhələni adlamaq şansını böyük ölçüdə artıran klublardan “Nottingem Forest” Türkiyədə “Fənərbaxça”nın qapısından üç cavabsız top keçirmişdi.

İngiltərədəki cavab oyununun ilk bir saatı qonaqların üstünlüyü ilə keçdi. Fasilədən sonra hesabı 0:2 edən Aktürkoğlu dubl etməklə bu mövsüm AL-dəki qollarının sayını 6-ya çatdırdı və bombardirlərin siyahısında 2-ci yerə çıxdı. Kərəm bir avrokubok mövsümündə bu qədər qol vurmaqla türkiyəli futbolçular üçün rekordu təkrarladı. Hazırda heyətlə bağlı ciddi problemləri olan “Fənərbaxça” mübarizəni əlavə vaxta daşıya bilmədi. Hadson-Odoinin 68-ci dəqiqədəki qolu istanbulluların qalan vaxtdakı motivasiyasına çox təsir etdi.

Səfərdə PAOK-u 2:1 hesabıyla məğlub edən “Selta” bu rəqibini evdə minimal hesabla üstələdi. Nəticədə viqolular Yunanıstan klublarına ardıcıl 6-cı dəfə qalib gəldilər.

AL-in liqa mərhələsində “Lill”ə evdə minimal hesabla qalib gələn “Srvena Zvezda” eyni nəticəyə Fransada nail olmuşdu. Amma Serbiya klubu cavab oyununda iki top buraxaraq mübarizəni dayandırdı.

Liqa mərhələsini məğlubiyyətsiz başa vuran yeganə komanda olan “Viktoriya” bu seriyanı “Panatinaikos”la oyunlarda (2:2, 1:1) da davam etdirərək 10 oyuna çatdırdı. Lakin mərhələni penalti seriyasında qalib gələn Yunanıstan klubu adladı.

pley-off, cavab oyunları
Ştutqart (Almaniya) - Seltik (Şotlandiya) 0:1 (ilk oyun – 4:1)

Makkouen, 1.
Ştutqart: Nübel, Vaqnoman, Yeltş, Jak (R.Hendriks, 72), Karazor, Çema Andres (Ştiller, 64), Mittelştadt, Buanani (Əl-Hannus, 85), Tyaqo Tomaş (Demiroviç, 64), Undav, Levelinq (Fürix, 46).

Srvena Zvezda (Serbiya) - Lill (Fransa) 0:2, əlavə vaxtda (1:0)
Jiru, 4. Nqoy, 99.
Lill: Özər, Buaddi, Mandi, Tyaqo Santuş (Nqoy, 94), Mbemba, Pyerro (Verdonk, 106), Andre, Perren (Korreya, 71), Haraldsson (Mukau, 94), Fernandes-Pardo, Jiru.

Selta (İspaniya) - PAOK (Yunanıstan) 1:0 (2:1)
Svedberq, 63.
Selta: Radu, X.Rodriges, Starfelt, Alonso (Dominges, 89), Korreyra, Vesino, Rueda, Moriba (Roman, 46), Aspas (Cutqla, 67), İqlesias (F.Lopes, 77), Svedberq (Əl-Abdellaui, 77).

Nottingem Forest (İngiltərə) - Fənərbaxça (Türkiyə) 1:2 (3:0)
Hadson-Odoi, 68 – Aktürkoğlu, 22; 48-p.
Nottingem Forest: Orteqa, Hatçinson, Jair Kunya, Murillo (Ayna, 46), Morato, N.Uilyams, Anderson, Yeyts (İ.Sanqare, 46), Dominges (Gibbs-Uayt, 84), Makeyti (Hadson-Odoi, 46), Lukka (İqor Jezus, 46).
Fənərbaxça: Çətin, Müldür, Dəmir, Braun (Mərcan, 76), Genduzi, Aydın (Asensio, 63), Yüksək, Kante, Nene (Semedu, 46), Şerif (Əkici, 76), Aktürkoğlu.

Bolonya (İtaliya) - Brann (Norveç) 1:0 (1:0)
Joao Mario, 56.
Bolonya: Skorupski, Zortea, Vitik (Kazale, 61), Lukumi, Joao Mario, Moro (Zom, 78), Fröyler (Odqor, 73), L.Ferqyuson, Bernardeski (Orsolini, 61), Rou, Kastro (Dominges, 78).

Ferentsvaroş (Macarıstan) - Ludoqorets (Bolqarıstan) 2:0 (1:2)
Kanixovski, 14. Zaxariassen, 30.

Viktoriya (Plzen, Çexiya) - Panatinaikos (Yunanıstan) 1:1, p. – 3:4 (2:2)
Spaçil, 62 - Tette, 9.

Genk (Belçika) - Dinamo (Xorvatiya) 3:3, ə.v. (3:1)
Sor, 51. İto, 101. Heymans, 114 - Bakrar, 45+2. Stoykoviç, 57-p.; 75.

Bombardirlər: İqor Jezus (Nottingem Forest), Staniç (Ludoqorets) - 7, Aktürkoğlu (Fənərbaxça) - 6.

Seçilən
129
1
football-plus.az

2Mənbələr