AZ

Çexiyanın Baş naziri Prezident İlham Əliyevə məktub ünvanlayıb

Bakı. Trend:

Çex Respublikasının Baş naziri Andrey Babiş AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Trend xəbər verir ki,məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Mart 5-də Naxçıvana dron hücumu ilə bağlı xəbəri böyüknarahtlıqla qarşıladım. Bu hücum zamanı hava limanı da daxilolmaqla, mülki obyektlərə zərbələr endirilib, dronlar məktəbinyaxınlığında yerə düşüb və bir neçə nəfər yaralanıb.

Bu hücum beynəlxalq hüququn kobud şəkildə pozulması vəqəbuledilməz zorakılığın artması deməkdir. Sizin haqlı olaraqterror hücumu kimi qiymətləndirdiyiniz bu akt bütün regionunsabitliyinə və təhlükəsizliyinə ciddi təhdid yaradır.

Bu hücumu Çex Respublikası Hökuməti adından qəti şəkildəpislədiyimizi bildirmək istərdim. Biz Azərbaycanla həmrəyolduğumuzu bildirir, onun vətəndaşlarının təhlükəsizliyinin təminedilməsi, eləcə də regionda sülhün və sabitliyin qorunmasıistiqamətində bütün səyləri dəstəkləyirik.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyimizxahiş edirəm".

Seçilən
119
21
az.trend.az

10Mənbələr