AZ

"Sanki qardaşımı itirmişəm..." - VİDEO

Bakı-Quba yolunun Saray qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Belə ki, yük maşını avtomobilindən düşüb telefonla danışan müğənni Kamil Sərməsovu vurub və o, hadisə yerindəcə həyatını itirib.

 

Müğənni ilə vida mərasimində iştirak edən həmkarı Bahar Lətifqızı hadisə barədə Baku TV-yə gözyaşları içində danışıb:

 

"Səhər duranda qohumum xəbər verdi ki, Kamil qəza keçirib. Dedilər ki, "KamAZ"la öz maşınının arasında qalıb. 24 il idi ki, bir-birimizi tanıyırdıq. Bu illər ərzində ondan bir dəfə də inciməmişəm. Sanki qardaşımı itirmişəm".

 

Tarix: 6 Mart 2026, 20:51   
Seçilən
87
pravda.az

1Mənbələr