AZ

"Polat Alemdar rolu mənə təklif olunmuşdu"

"Kurtlar Vadisi" serialının yayımlanmasından uzun illər keçsə də, hələ də müzakirə olunmağa davam edir.

Ölkə.az xəbər verir ki, “Kurtlar Vadisi” serialı Türkiyədə minlərlə insan tərəfindən izlənilib. Oktay Kaynarca, Necati Şaşmaz, Gürkan Uygun və Kenan Çoban kimi tanınmış aktyorların rol aldığı serialda ən diqqət çəkən obrazlardan biri Polat Alemdar olub.

Serialın üzərindən illər keçməsinə baxmayaraq, hələ də gündəmdədir. Serialın baş qəhrəmanı Polat Alemdarla bağlı bilinməyən bir fakt isə illər sonra üzə çıxıb. Bu mövzu ilə bağlı müxtəlif iddialar səsləndirilmişdi. Onlardan biri də Polat Alemdar rolunun əvvəlcə Cenk Toruna təklif edildiyi, daha sonra isə Necati Şaşmazın bu rolu canlandırdığı barədə idi.

Bütün bu iddialardan sonra aktyor Peker Açıkalın da çox müzakirə olunacaq açıqlama verib. O bildirib ki, Polat Alemdar rolu ona da təklif olunub. Bu sözləri ilə aktyor maqazin gündəmində böyük səs-küy yaradıb.

Həmidə İbrahimova

Seçilən
120
1
olke.az

2Mənbələr