AZ

“Aclıq riski var” - Ermənistan təşviş içində

“İran müharibəsi Ermənistan iqtisadiyyatı üçün ciddi risklər yaradır”.

Musavat.com xəbər verir ki, bunu iqtisadçı Suren Parsyan bildirib.

Onun sözlərinə görə, əsas risk logistika və təchizat zəncirlərinin pozulması və Ermənistanın həm İrandan, həm də Fars körfəzi ölkələrindən aldığı bir sıra vacib malların bahalaşması ilə bağlıdır. Belə davam etsə qıtlıq və aclıq vəziyyəti ilə üz-üzə qalmaq riski var. Parsyan bu barədə Sputnik.ARM-a açıqlamasında danışıb.

Ekspert qeyd edib ki, neft məhsullarının qiymətinin artması respublika və onun vətəndaşları üçün xüsusilə həssas məsələ ola bilər.

Lakin hazırda bunun üçün birbaşa səbəb yoxdur. Çünki Ermənistan benzin və dizel yanacağının əsas hissəsini Rusiyadan alır və bu, ümumi tədarükün təxminən 90%-ni təşkil edir.

Lakin qlobal bazarlarda qiymətlərin artması (və bu artım artıq hiss olunur) müəyyən mərhələdə Ermənistana da təsir göstərə bilər.

Onu da qeyd edək ki, Ermənistan artıq Azərbaycandan da yanacaq alır.

Musavat.com

Seçilən
107
50
musavat.com

10Mənbələr