AZ

İranın dəhşətli PUA hücumu zamanı nələr yaşandı? VİDEO

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Martın 5-də İran tərəfindən Naxçıvana atılan pilotsuz uçuş aparatlarının zərbə dalğası yaxınlıqda yerləşən Şəkərabad kəndindəki bəzi evlərdən yan keçməyib.

İranın dəhşətli PUA hücumu zamanı nələr yaşandı? - VİDEO

Belə ki, dron hücumu nəticəsində bir sıra evlərin dam örtüyü zədələnib, bəzilərinin həyətyanı sahələrinə qəlpələr düşüb. Bu da sakinlər arasında təşvişə səbəb olub.

"Elə gurultu qopdu ki, ev silkələndi. Bayıra çıxanda gördük ki, nəsə başımızın üstündən keçib yaxınlığa düşdü. Bir qız hadisənin təsirindən ağlayırdı. Çağırıb su verdik ki, sakitləşsin", - deyə kənd sakini Etibar Allahverdiyev hadisə ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
90
2
oxu.az

3Mənbələr