AZ

Dünya çempionatında iştirak edəcək komandada yeni baş məşqçi: Barselona nın sabiq ulduzu da yığmaya gətirildi

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Mərakeş millisinin yeni baş məşqçisi bəlli olub.

Oxu.Az xəbər verir ki, bu barədə Mərakeş Futbol Federasiyası rəsmi məlumat yayıb.

Əvvəllər Mərakeşin 20 yaşadək futbolçulardan ibarət (U-20) yığmasına rəhbərlik etmiş Məhəmməd Uabi millinin yeni məşqçisi təyin edilib. Onun rəhbərliyi altında U-20 yığması ötən il dünya çempionatının qalibi olub.

Uabi baş məşqçi postunda Valid Reqraqini əvəzləyib. Sabiq çalışdırıcının rəhbərliyi altında Mərakeş millisi 2022-ci ildə keçirilən dünya çempionatının yarımfinalına yüksəlib və ötən il Afrika Millətlər Kubokunda finala vəsiqə qazanıb.

İspaniya yığmasının və "Barselona"nın keçmiş ulduzu Andres İnyesta isə Mərakeş millisinin yeni idman direktoru təyin edilib.

Qeyd edək ki, bu il keçiriləcək futbol üzrə dünya çempionatında (DÇ-2026) Mərakeş millisi Braziliya, Şotlandiya və Haiti ilə eyni qrupda mübarizə aparacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
86
2
oxu.az

3Mənbələr