AZ

Sumqayıtda arvadını bıçaqlaya şəxsin qohumları DANIŞDILARVİDEO

Sumqayıt şəhərində ağır cinayət hadisəsi baş verib. İki uşaq anası  qətlə yetirilib.

Xezerxeber.az xəbər verir ki, Yevlax rayon sakini, 49 yaşlı İsmayıl Ramazanov aralarında yaranmış münaqişə zəminində arvadı, 31 yaşlı Mehriban Ağabalazadəyə bıçaqla xəsarətlər yetirməkdə şübhəli bilinir.  Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hadisədən sonra qaçmağa cəhd edən İsmayıl Ramazanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Mərhumun qohumlarının verdiyi məlumata görə,  onlar birlikdə yaşadıqları müddətdə tez-tez ailədaxili münaqişələr yaşanırmış. Qadın ərindən boşanmaq istədiyini deyirmiş. Cütlüyün iki azyaşlı övladı olduğu qeyd olunur.

Sumqayıt şəhər prokurorluğundan bildirilib ki,  faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Ramazanov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
101
xezerxeber.az

1Mənbələr