AZ

Bakıda kanalizasiya xətti anidən çökdüVİDEO

Bakıda üzərində avtomobil hərəkət edərkən kanalizasiya xətti çöküb...

Xezerxeber.az xəbər verir ki, paytaxtın Xətai rayonu, Nəsirəddin Tusi küçəsi 28 ünvanında maşın yaranmış quyuya düşüb.

Hadisənin şahidləri deyirlər ki, bu hal, bir anda, elə yoldan avtomobil keçərkən baş verib. Xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobilə zərər dəyib.

Aidiyyəti qurumun əməkdaşları tərəfindən çökən hissə lentlənib və müvəqqəti nişan qoyulub.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, Xətai rayonu, Nəsrəddin Tusi küçəsindən keçən diametri 400 mm olan tullantı su kollektorunda çökmə baş verib. Gecə saatlarında operativ olaraq əraziyə briqada cəlb edilib, təhlükəsizlik tədbirləri görülüb, çəpərləmə işləri aparılaraq, yol nişanları qoyulub. Hazırda da briqada ərazidədir, çökmə ilə bağlı araşdırmalar aparılır, araşdırmalardan sonra təmir və bərpa işləri icra olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
119
1
xezerxeber.az

2Mənbələr