AZ

“Rejimi devirmək planımız yoxdur” – ABŞ əməliyyatların hədəfini açıqladı

ABŞ Dövlət katibi Marko Rubio İran ətrafında davam edən hərbi əməliyyatlarla bağlı diqqət çəkən açıqlama verib. Musavat.com xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.

Məlumata görə, Rubio ərəb ölkələrinin xarici işlər nazirləri ilə apardığı danışıqlar zamanı bildirib ki, hazırkı əməliyyatların əsas məqsədi İranın raket buraxılış qurğularını sıradan çıxarmaqdır. Onun sözlərinə görə, ABŞ-nin həyata keçirdiyi zərbələr İranda rejim dəyişikliyinə yönəlməyib.

ABŞ Dövlət katibi bununla yanaşı qeyd edib ki, Vaşinqton İranda hakimiyyətdə başqa insanların olmasını görmək istərdi, lakin hazırkı hərbi əməliyyatların birbaşa məqsədi bu deyil.

Rubio həmçinin vurğulayıb ki, hazırda ABŞ və İran arasında heç bir danışıqlar və ya dialoq aparılmır və tərəflər arasında diplomatik təmaslar mövcud deyil.

 

Musavat.com

Seçilən
124
musavat.com

1Mənbələr