AZ

ABŞ İrana qarşı hücumlarda Böyük Britaniya bazalarından istifadə edəcək

Amerika Birləşmiş Ştatları (ABŞ) İrana qarşı hücumların miqyasını artırmaq üçün Böyük Britaniyanın hərbi bazalarından istifadə etməyi planlaşdırır.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə katibi Pit Heqset bildirib.

O deyib ki, İran və xüsusilə Tehran üzərində həyata keçirilən hücumların intensivliyi yaxın vaxtlarda əhəmiyyətli dərəcədə artırılacaq: “ABŞ regiona daha çox qırıcı eskadrilyalar, əlavə hərbi texnika və müdafiə sistemləri göndərməyi nəzərdə tutur. Həmçinin bombardmançı təyyarələrin uçuşlarının da daha tez-tez həyata keçiriləcəyi gözlənilir”.

Pit Heqset qeyd edib ki, əvvəl bu məsələ ilə bağlı tərəddüdlər olsa da, artıq tərəflər razılığa gəlib.

Seçilən
72
3
yeniazerbaycan.com

4Mənbələr