AZ

Ceyhun Bayramov BMT Baş katibinə məktub ünvanladı

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tərəfindən İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dron hücumu ilə bağlı BMT Baş katibi Antonio Quterreşə məktub ünvanlanıb.

"Unikal" report-a istinadən xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik beynəlxalq təşkilatın ənənəvi mətbuat konfransında İranın Azərbaycana dron hücumları ilə bağlı danışarkən deyib.

S.Dujarrikin sözlərinə görə, məktubda Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumu təsvir olunub və sənəd BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının üzvləri arasında yayılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
15
unikal.az

10Mənbələr