AZ

Bu ölkədən rədd cavabı alan mühacirlərə xeyli pul təklif ediləcək

Böyük Britaniya hökuməti qaçqın böhranını həll etmək üçün yeni strategiya tətbiq edib. Metbuat.az xəbər verir ki, hökumət sığınacaq müraciətləri rədd edilmiş ailələr üçün tədbirlər görüb. Proqramın bir hissəsi olaraq, müraciətləri rədd edilmiş ailələrə öz ölkələrinə qayıtmağa təşviq etmək üçün adambaşına 11000 funt sterlinq veriləcək. Daxili İşlər Naziri Şabana Mahmud tərəfindən elan edilən pilot proqrama görə, sığınacaq müraciətləri rədd edilmiş ailələrə könüllü olaraq öz ölkələrinə qayıtmaları müqabilində adambaşına 11000 funt sterlinq və ailəsinə 40000 funt sterlinqə qədər pul təklif ediləcək. Məcburi deportasiyaya alternativ olaraq hazırlanmış bu proqram, dövlətin yaşayış və sosial dəstək yükünü azaltmağı hədəfləyir.

Bildirilir ki, eyni zamanda təklifi rədd edənlərin ölkədən qanuni çıxarılması prosedurları davam edəcək. Əvvəlcə 150 ailəni əhatə etməsi planlaşdırılan layihənin dövlət vəsaitlərinə təxminən 20 milyon funt sterlinq qənaət edə biləcəyi deyilir.

Seçilən
46
2
metbuat.az

3Mənbələr