AZ

Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tərəfindən İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dron hücumu ilə bağlı BMT Baş katibi Antonio Quterreşə məktub ünvanlanıb.

“İki sahil” xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik beynəlxalq təşkilatın ənənəvi mətbuat konfransında İranın Azərbaycana dron hücumları ilə bağlı danışarkən deyib.

S.Dujarrikin sözlərinə görə, məktubda Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumu təsvir olunub və sənəd BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının üzvləri arasında yayılır.

Seçilən
68
15
ikisahil.az

10Mənbələr