AZ

Peskov: Finlandiya nüvə silahı ilə bizi təhdid edir

Peskov: Finlandiya nüvə silahı ilə bizi təhdid edir

Kremlin mətbuat katibi Dmitri Peskov Finlandiyanın nüvə silahı ilə bağlı bəyanatlarının Avropada gərginliyin artmasına səbəb olduğunu bildirib.

AFN.az xəbər verir ki, paytaxt Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov Finlandiyanın öz ərazisində nüvə silahı yerləşdirməklə Rusiyanı təhdid etdiyini və belə bir addım atılacağı təqdirdə müvafiq tədbirlər görəcəklərini vurğulayıb.

Finlandiya müdafiə naziri Antti Hakkanenin 1980-ci ildən qüvvədə olan nüvə silahı qadağasını yumşaltmaq və bu növ silahların idxalına icazə vermək planları ilə bağlı açıqlamasını dəyərləndirən Peskov, bu cür yanaşmaların qitədəki vəziyyəti daha da pisləşdirdiyini qeyd edib. Enerji məsələlərinə də toxunan sözçü Çin və Hindistana neft satışı ilə bağlı rəqəmləri açıqlamaq istəmədiklərini bildirib.

Lakin o, İran ətrafındakı müharibə vəziyyəti səbəbindən Rusiya enerji resurslarına tələbatın əhəmiyyətli dərəcədə artdığını qeyd edib. Rusiyanın etibarlı tədarükçü olduğunu deyən Peskov, həmçinin İranla hərbi əməkdaşlıq barədə suala cavab olaraq Tehranla dialoqun davam etdiyini və bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Seçilən
99
afn.az

1Mənbələr