AZ

Super Liqa klubunda baş məşqçi ayrılığı

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

İdmanxeber.az xəbər verir ki, “Gənclərbirliyi” Levent Şahinlə yollarını ayırıb. Ankara klubunun yaydığı məlumata görə, 52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, fevralda komandanın başına keçən Şahinin müqaviləsi 2027-ci ilin yayına qədər idi. “Gənclərbirliyi” 24 turdan sonra 24 xalla 13-cü pillədə qərarlaşıb.

Seçilən
169
idmanxeber.az

1Mənbələr