AZ

Brent nefti 90 dolları keçdi

Brent nefti 90 dolları keçdi

Beynəlxalq bazarlarda Brent neftinin fyuçers barrel qiyməti 90 dolları ötüb.

AFN.az xəbər verir ki, neftin qiyməti 20 aprel 2024-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Dünən günü 85,41 dollarla bağlayan Brent nefti, bu gün təxminən 5,67 faiz artaraq 90,25 dolları görüb.

Qiymət artımının əsas səbəbi ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların yeddinci gündür davam etməsidir. Bölgədə kəskinləşən qarşıdurmalar qlobal enerji ticarəti üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazında hərəkəti dayanma nöqtəsinə gətirib. İranın enerji müəssisələrinə edilən hücumlar isə hasilat və ixracatda ciddi axsamalara yol açıb.

Dünyanın nəhəng gəmiçilik şirkətləri olan "Maersk" və "Hapag-Lloyd" təhlükəsizlik səbəbi ilə Yaxın Şərqə bağlanan nəqliyyat xətlərini müvəqqəti dayandırıb. Qətərin Enerji naziri Saad bin Şeride əl-Kabinin Körfəz ölkələrinin enerji ixracını dayandıra biləcəyi və qiymətlərin 150 dollara qədər yüksələ biləcəyi barədə xəbərdarlığı bazarda ciddi təşviş yaradıb.

Xatırladaq ki, fevralın 28-də hərbi əməliyyatlar başlayarkən Brent neftinin qiyməti 72,48 dollar səviyyəsində idi. Hazırda İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazından keçməyə cəhd edən gəmilərin hədəf alınacağını bəyan edib ki, bu da qlobal enerji böhranı riskini artırır.

Seçilən
88
afn.az

1Mənbələr