AZ

Rusiya: Rus qazını Avropa yerinə Asiya bazarına göndərəcəyik

Rusiya: Rus qazını Avropa yerinə Asiya bazarına göndərəcəyik

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak rus enerji şirkətlərinin Avropaya ixrac etdiyi təbii qazı Asiya bazarına yönləndirəcəyini açıqlayıb.

AFN.az xəbər verir ki, paytaxt Moskvada jurnalistlərə bəyanat verən Novak Rusiya Prezidenti Vladimir Putinin rus qazının Avropa yerinə digər bazarlara göndərilməsi ilə bağlı verdiyi tapşırıqları dəyərləndirib.

Rusiya hökumətinin Putinin göstərişindən sonra şirkətlərlə görüşlər keçirdiyini bildirən Novak Avropaya tədarük edilən mayeləşdirilmiş təbii qazın (LNG) bir hissəsinin onlarla konstruktiv münasibətlər quran və uzunmüddətli müqavilələr imzalamaq imkanı olan bazarlara yönləndirilməsinə qərar verdiklərini deyib. Rusiya şirkətlərinin müvafiq ölkələrlə artıq danışıqlara başladığına işarə edən Novak şirkətlərin Avropadan gələ biləcək yeni məhdudiyyətləri gözləmədən Hindistan, Tayland, Filippin və Çin kimi ölkələrlə yeni uzunmüddətli müqavilələr üçün fürsətləri dəyərləndirdiyini qeyd edib.

Baş nazirin müavini Rusiyanın təbii qazını xüsusilə dost ölkələrə göndərmək niyyətində olduğunu vurğulayıb.

Xatırladaq ki, Vladimir Putin Rusiyanın Avropa qaz bazarından tamamilə çıxa biləcəyini qeyd edərək, Avropa İttifaqına (Aİ) qaz nəqlini tam dayandırmaq üçün hökumətə zəruri hazırlıqlar görməyi tapşırmışdı. Aİ Şurası isə gələn ildən etibarən Rusiyadan boru kəmərləri və LNG idxalını tamamilə dayandırmağı nəzərdə tutan qərarı artıq təsdiqləyib.

Seçilən
142
afn.az

1Mənbələr