AZ

BƏƏ-nin XİN başçısı İranın Naxçıvana dron hücumlarını pisləyib

Bakı. Trend:

6 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirininmüavini və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl NəhyanAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovazəng vurub.

Bu barədə Trend-əAzərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı Azərbaycan Respublikasının ərazisinəqarşı həyata keçirilmiş dron hücumları və cari təhlükəsizlikvəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Abdullah bin Zayed Əl Nəhyan mülki əhalinin və mülkiinfrastrukturun hədəf alınmasını qətiyyətlə pislədiyini və bu kimiaddımların qəbuledilməz olduğunu diqqətə çatdırıb.

Nazirlər Yaxın Şərqdə gərginliyin artmasından narahatlığınıifadə edib, vəziyyətin daha da eskalasiyasının qarşısınınalınmasının vacibliyini qeyd ediblər.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan iləBirləşmiş Ərəb Əmirlikləri arasında mövcud strateji tərəfdaşlıqmünasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər.

Seçilən
99
17
az.trend.az

10Mənbələr