AZ

Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı təxliyə olunub - YENİLƏNİB

Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub.


Manset.az Report-a istinadən xəbər verir ki, onların təxliyəsi "Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

Səfirliyin digər əməkdaşlarının da yaxın saatlarda təxliyəsi gözlənilir.

***

00:12

Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur.


Manset.az Report-a istinadən xəbər verir ki, onlar hazırda "Astara" Dövlət sərhədindən buraxılış məntəqəsindədirlər.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın iki diplomatı "Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə edilib.

Seçilən
42
1
manset.az

10Mənbələr