İtaliya A seriyasında 28-ci tur start götürüb.
QOL.az xəbər verir ki, turun açılış matçında “Napoli” doğma divarlar arasında “Torino”nu sınağa çəkib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
“Napoli” - “Torino” - 2:1
Qollar: Santos, 7 (1:0), Elmas, 68 (2:0), Kasadei, 87 (2:1)
Xallarının sayını 56-ya çatdıran “Napoli” turnir cədvəlində üçüncüdür. “Torino” isə 30 xalla 14-cü pilləni tutur.