AZ

Almaniyanın əsas iqtisadi birlikləri hökumətə islahatların həyata keçirilməsi ilə bağlı çağırış ediblər

Bakı. Trend:

Almaniyanın aparıcı iqtisadi birlikləri hökuməti təciliislahatlar həyata keçirməyə çağırıb.

Trend“Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Alman SənayeBirliyi (BDI), Alman İşəgötürənlər Birlikləri Assosiasiyası (BDA),Almaniya Sənaye və Ticarət Palataları Birliyi (DIHK) və AlmanSənətkarlar Birliyinin (ZDH) imzaladığı bəyanatda ölkəiqtisadiyyatının təhlükəli dönüş nöqtəsinə yaxınlaşa biləcəyibarədə xəbərdarlıq edilib.

Almaniya Kansleri Fridrix Merts ilə Münxendə keçirilənyüksəksəviyyəli görüş ərəfəsində səsləndirilən bəyanatda koalisiyahökumətindən daha sürətli addımlar və daha çox cəsarət gözlənildiyibildirilib. Qurumlar Almaniyada biznes mühiti şərtlərinin sonillərdə əhəmiyyətli dərəcədə gərginləşməsi barədə xəbərdarlıq edib.Qeyd olunub ki, iqtisadiyyat son vaxtlar misli görünməmişbeynəlxalq çağırışlara baxmayaraq, dayanıqlılıq nümayiş etdirib.Lakin üç ildir iqtisadi artımın olmaması fonunda bir çox göstəriciiqtisadi dayanıqlığın zəiflədiyini və təhlükəli dönüş nöqtəsinəyaxınlaşdığını göstərir.

Birliklərin nümayəndələri hökumətin indiyədək irəli sürdüyütəşəbbüslərin qənaətbəxş olmadığını vurğulayaraq, bu il pensiyaislahatının həyata keçirilməsini tələb edib, sosial sığortasistemində müəyyən xərclərin dövlət büdcəsi hesabınamaliyyələşdirilməsini təklif ediblər. Bundan başqa, Almaniyadabürokratik prosedurların azaldılmasının sürətləndirilməsi dətələblər arasındadır. Həmçinin enerji qiymətlərinin həddən artıqyüksək olduğu qeyd edilib, bu sahədə struktur islahatlarınınreallaşdırılması, Almaniyanın enerji səmərəliliyi haqqındaqanununun Avropa qaydalarına daha çox uyğunlaşdırılması təklifolunub.

Seçilən
119
az.trend.az

1Mənbələr