AZ

Səudiyyə Ərəbistanı İrandan buraxılan raketin vurulduğunu açıqlayıb

BAKI, 7 mart. TELEQRAF

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri İrandan buraxılan ballistik raketi məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, raket Əl-Xarc şəhəri yaxınlığında yerləşən və ABŞ hərbçilərinin də yerləşdirildiyi şahzadə Sultan aviabazasına doğru buraxılıb.

Nazirliyin açıqlamasına görə, ölkənin hava hücumundan müdafiə sistemləri raketi vaxtında aşkar edərək havada məhv edib.

Seçilən
127
teleqraf.com

1Mənbələr