AZ

“İnter Mayami”nin sahibi Messinin klubdakı illik maaşını açıqlayıb

Bakı. Trend:

“İnter Mayami”nin sahibi Xorxe Mas klubunun hücumçusu LionelMessi haqqında danışıb.

Trend xəbər verir ki, o,klubun sponsorluq müqavilələrinə ehtiyacını izah edib.

“Sponsorlara - və dünya səviyyəli sponsorlara - ehtiyacımınsəbəbi oyunçuların baha olmasıdır. Messiyə ildə 60-70 milyon avroödəyirəm. Bütün bonusları da əlavə etsək. Amma o, hər sentinədəyər”, - deyə “A Bola” qəzeti Masdan sitat gətirib.

Argentinalı ulduz dünyada “Əl-Nəsr”in hücumçusu KriştianuRonaldudan sonra ikinci ən çox maaş alan futbolçudur.

Messi 2023-cü ildə “İnter Mayami”yə qoşulub və o vaxtdan bəri 90matçda meydana çıxıb və Florida klubu üçün 79 qol vurub.

Seçilən
103
5
az.trend.az

5Mənbələr