AZ

Venesuela ABŞ ilə fikir ayrılıqlarının diplomatik həllini təklif edir

Venesuela ABŞ ilə diplomatik və konsulluq münasibətlərini bərpa edib və iki ölkənin tarixi fikir ayrılıqlarını həlli təklifini irəli sürüb.

"Far.Az"un məlumatına görə, bu barədə Venesuela Prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriqez "Venezolana de Television" telekanalının efirində bildirib.

"Biz Birləşmiş Ştatlar hökuməti ilə diplomatik, konsulluq münasibətlərini bərpa etmişik və bunu 3 yanvarda ABŞ-nin hücumu zamanı döyüşdə həlak olan qəhrəmanlarımız qarşısında deyirik", - Rodriqez deyib.

O qeyd edib ki, Venesuela ABŞ ilə tarixi fikir ayrılıqlarını nizamlamaq və onların diplomatik yolla həlli üçün üz-üzə görüşü təklif edir. Rodriqez beynəlxalq hüquqa hörmət və riayət prinsiplərinə əsaslanan ikitərəfli iş gündəliyinin yaradılmasını təklif edib.

Seçilən
15
far.az

1Mənbələr