AZ

ABŞ-da silah istehsalı 3 ay əvvəldən sürətləndirilib - Tramp

Aparıcı Amerika müdafiə şirkətlərinin nümayəndələri silah istehsalını dördqat artırmaq barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabında müdafiə şirkətlərinin rəhbərləri ilə görüşündən sonra paylaşıb.

Onun sözlərinə görə, ABŞ hərbi-sənaye kompleksinin üç ay əvvəl silah istehsalını artırmağa başlayıb.

O, "BAE Systems", "Boeing", "Honeywell Aerospace", "L3Harris Missile Solutions", "Lockheed Martin", "Northrop Grumman" və "Raytheon" şirkətlərinin yüksək vəzifəli rəhbərləri ilə görüşdüyünü qeyd edib: "Onlar yüksək səviyyəli silahların istehsalını dördqat artırmaq barədə razılığa gəliblər, çünki biz mümkün qədər tez maksimum həcmlərə çatmaq istəyirik. Genişləndirmə görüşdən üç ay əvvəl başlayıb və bir çox fabriklər bu silahların istehsalı üçün artıq fəaliyyətdədir".

Tramp həmçinin qeyd edib ki, bu cür məhsulların istehsalının artırılmasının bir hissəsi olaraq yeni ABŞ hərbi-sənaye kompleksi (MIC) obyektlərinin tikintisi ilə bağlı ölkə daxilində təkliflər alınır: "Ölkə daxilində ştatlar bu yeni zavodların tikintisi üçün təkliflər təqdim edir. Amerika müdafiə sənayesinin rəhbərliyi ilə yeni görüş iki ay ərzində planlaşdırılır".

Musavat.com 

Seçilən
96
musavat.com

1Mənbələr