AZ

Formula1-də bir komanda azala bilər

Formula 1 komandası “Aston Martin” 2026-cı il dünya çempionatının ilk mərhələsində, yəni martın 8-də Melburnda keçiriləcək Avstraliya Qran-prisində iştirak etməyə bilər. Buna səbəb “Honda” mühərrikində yaranmış ciddi problemlərdir.

Xezerxeber.az Formula 1-in rəsmi saytına istinadla xəbər verir ki, komandanın rəhbəri Edrian Nyui bu barədə ilk iki məşq sessiyasından sonra məlumat verib.

Onun sözlərinə görə, vəziyyət əvvəl güman ediləndən daha mürəkkəbdir. Komanda təsnifat mərhələsində və ya hətta yarışın özündə iştirakdan imtina edə bilər.

Daha əvvəl “Aston Martin” komandasından bildirilib ki, pilotlar Fernando Alonso və Lens Stroll yalnız müqavilə öhdəliklərini yerinə yetirmək üçün bir neçə dövrə vura bilərlər. Əsas problem hibrid güc qurğusunun qidalanma sistemindəki nasazlıqlarla bağlıdır.

L.Strollun sözlərinə görə, bolidi idarə edərkən güclü vibrasiya yaranır və bu, elektrik cərəyanı zərbəsi hissi yaradır. Nəticədə pilotun əllərində narahatlıq yaranır. Həkimlər belə yüklənmələrin sinir uclarına mənfi təsir göstərə biləcəyindən narahatdırlar.

Seçilən
119
2
xezerxeber.az

6Mənbələr