AZ

BDYPİ qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət edib

Bakı.Trend:

Bayram və həftəsonu ilə əlaqədar ardıcıllıq təşkil edən qeyri-işgünlərində respublika əhəmiyyətli, həmçinin turizm və istirahətbölgələrinə aparan avtomobil yollarında hərəkət intensivliyininartacağı gözlənilir.

Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ)sürücülərə müraciətində deyilir.

"Bu səbəbdən yollarda yarana biləcək təhlükələrin qarşısınınalınması məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətiiştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırır.

Sürücülərdən xahiş olunur ki:

• Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər.
• Səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuzvəziyyətdə sükan arxasına əyləşməsinlər.
• Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötməmanevrlərindən çəkinsinlər.
• Yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etsinlər.

  • Səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texnikivəziyyətinə diqqət yetirsinlər.

Unutmayaq ki, təhlükəsiz səfər hər birimizin məsuliyyətlidavranışından asılıdır.
Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə səfərləri zamanıehtiyatlı olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyitövsiyə edir.

Seçilən
89
25
az.trend.az

10Mənbələr