AZ

15 il həbs verilən gözdən əlil məhkumun cəzası azaldıldı

Lökbatanda tanışını qətlə yetirməkdə təqsirli bilinən, iki gözündən də əlil olan Qulu Abbasovun cəzası azaldılıb.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə belə qərar qəbul edib.

Məhkəmə kollegiyası məhkumun əməlini xüsusi amansızlıqla adam öldürmə maddəsindən daha yüngül olan qəsdən adam öldürmə maddəsinə tövsif edib. Yeni qərarla Q.Abbasovun cəzası 15 ildən 13 ilə endirilib.

Qeyd edək ki, 43 yaşlı məhkum qonşusu Xanlar Əmirovu bıçaqla qətlə yetirib. Məhkəmədə cinayətin qısqanclıq zəminində baş verdiyi bildirilib. 

"Cebheinfo.az"

Seçilən
19
8
cebheinfo.az

10Mənbələr