AZ

İsrailli nazirin oğlu döyüşdə yaralanıb

İsrailin maliyyə naziri Bezalel Smotriçin oğlu Livan-İsrail sərhədində gedən döyüşlər zamanı yaralanıb.

Ölkə.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" yazıb.

Nəşrin məlumatına görə, nazirin İsrail ordusunda xidmət edən oğlu yüngül xəsarətlər alıb və həyati təhlükəsi yoxdur. Müdafiə naziri İsrael Katz ona tezliklə sağalmağı arzulayıb.

İki gün əvvəl ifrat sağçı Dini Sionizm partiyasının rəhbəri Smotriç Livan-İsrail sərhədinə səfər edərək Hizbullahın yerləşdiyi Beyrutun ətrafındakı Dahiya şəhərinin Xan Yunislə eyni aqibəti yaşayacağı ilə hədələyib.

Mürtəza

Seçilən
110
olke.az

1Mənbələr