AZ

Samuxda qadın bıçaqlanıb: Oğlu saxlanıldı

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Samux rayonunda qadın kəsici-deşici alətlə xəsarət alıb.

Oxu.Az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində baş verib.

İlkin məlumatlara görə, kənd sakini, 1980-ci il təvəllüdlü Elnurə Ələkbərova ailə münaqişəsi zəminində oğlu, 2005-ci il təvəllüdlü Raul Ələkbərov tərəfindən bıçaqlanıb.

Yaralı qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin sözlərinə görə, onun vəziyyəti ağırdır.

Hadisəni törətməkdə şübhəli bilinən Raul Ələkbərov saxlanılıb. Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
129
4
oxu.az

7Mənbələr