AZ

Arşın mal alan filminin Asya sı Xuraman Hacıyevanın doğum günüdür VİDEO

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Martın 7-si aktrisa, Xalq artisti Xuraman Hacıyevanın doğum günüdür.

Oxu.Az xatırladır ki, Xuraman Hacıyeva 1945-ci ildə Ucar rayonunun Müsüslü kəndində anadan olub.

O hələ orta məktəbdə oxuyanda dram dərnəklərində iştirak edib.

1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda "Arşın mal alan" bədii filmində "Asya" roluna çəkilib.

"Arşın mal alan" filminin "Asya"sı Xuraman Hacıyevanın doğum günüdür - VİDEO

1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və buradakı Dövlət Dram Teatrında aktrisa işləməyə başlayıb.

Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. Gəncə teatrında maraqlı rollar qalereyası yaradıb.

1972-ci ildə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub.

1998-2001-ci illərdə Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrında işləyib, sonra yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb.

Gənc Tamaşaçılar Teatrında oynadığı "Ceyran" ("Yolda", Hüseyn Arif), "Qızılgül" ("Aycan", Xanımana Əlibəyli), "Rəna" ("Təzə şagird", Qılman İlkin), "Eyzəngül" ("Şirinbala bal yığır", Salam Qədirzadə), "Gülsüm" ("Yadındamı?", Altay Məmmədov), "Gülzar" ("Tamahkar", Süleyman Sani Axundov), "Cemma" ("Ovod", Etel Lilian Voyniç), "Humay", "Ceyran" ("Komsomol poeması" və "Çaloyna", İsgəndər Coşqun), "Firəngiz" ("Məhəbbət novellası", Şamil Xurşud və Əşrəf Hacıyev), "Yetər" ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), "Mərcan", "Şirin" ("Mənim nəğməkar bibim" və "Yazığam, sevmə məni", Əkrəm Əylisli), "Cəvahir xanım", "Nəzakət" ("Büllur sarayda" və "Sən həmişə mənimləsən", İlyas Əfəndiyev), "Səkinə" ("Ərizə", Əli Əmirli), "Zərnigar" ("Sınaq pillələri", Ramiz Heydər), "Nərgiz" ("Bir sahilin adamları", Xalidə Hasilova), "Pəri" ("Kiçik təpə", Nəbi Xəzri), "Sona xanım" ("Qonşu qonşu olsa...", Rəşid bəy Əfəndiyev) səhnə obrazları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır.

1979-cu il fevralın 9-da teatrdakı fəaliyyətinə görə "Azərbaycan Respublikasının Əməkdar artisti", 1999-cu il oktyabrın 9-da "Xalq artisti" fəxri adlarına layiq görülüb.

2005-ci il fevralın 15-i Bakıda vəfat edib. Ucar rayonunda dəfn olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
oxu.az

1Mənbələr