ABŞ Hərbi Dəniz Qüvvələri “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin və onun zərbə qrupunun Süveyş kanalından keçərək Aralıq dənizindən Qırmızı dənizə keçdiyini təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə "The Maritime Executive" qəzeti məlumat yayıb.
Bildirilir ki, o, hazırda Fars körfəzində olan “USS Abraham Linkoln” gəmisinə qoşulacaq.
Bununla da ABŞ-ın bölgədə nüvə enerjisi ilə işləyən 3 gəmisi olacaq.