ain.az bildirir, Bizimyol portalına istinadən.
ABŞ-da həkimlər dünyada ilk dəfə olaraq ikinci dəfə insan böyrəyini xəstəyə transplantasiya ediblər, həmin xəstəyə bundan əvvəl donuz böyrəyi köçürülüb.
Bizimyol.info xəbər verir ki, bu əməliyyat 67 yaşlı Nyu-Hempşir sakini Endryus üzərində keçirilib.
Donor orqanı ona 2026-cı ilin yanvar ayında Boston, Massaçusets Ümumi Xəstəxanasında köçürüblər. Əməliyyatdan yalnız iki gün sonra xəstə evə yollanıb.
Bir neçə il boyunca diabet səbəbiylə böyrək çatışmazlığından əziyyət çəkən xəstə həftədə üç dəfə, hər dəfə altı saat dializ qəbul etməli olub. Xəstə demək olar ki, yerimək qabiliyyətini itirib və infarkt da keçirib.
2025-ci ilin yanvarında həkimlər ona eksperimental əməliyyat edərək genetik modifikasiya edilmiş donuz böyrəyini transplantasiya ediblər. Bu orqan dializi dayandırmağa imkan verib. Lakin bir neçə ay sonra bədəndə qəbulu pozulmağa başlayıb: sidik ifrazı azalıb, hərarət, baş ağrısı və ürəkbulanma əmələ gəlib.
271 gün sonra — bu, belə əməliyyatlar üçün rekord müddətdir — donuz böyrəyi çıxarılıb. Endryus yenidən dializə qayıdıb və insan donor böyrəyi üçün gözləməyə başlayı.
2026-cı ilin 12 yanvar gecəsi ona demək olar ki, ideal uyğunluq göstərən insan böyrəyi tapıldığı bildirilib. Əməliyyat uğurla keçib.
Hazırda xəstə təxminən 20 müxtəlif dərman qəbul edir və bədənin orqanı qəbul etməsi üçün müalicəsini davam etdirir.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.