Göygöldə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində fermada yanğınla bağlı əraziyə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb. Yanğın zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.