AZ

Göygöldə yanğın - Xəsarət alan var

Göygöldə yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakininə məxsus fermada qəfil yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı fermanın 35 kv/m ərazisi əşyaları ilə birlikdə yanıb.

Yanğın söndürülüb. Hadisə zamanı fermada işləyən Z.Qasımov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov

Seçilən
101
unikal.az

1Mənbələr