AZ

“20 azərbaycanlı azarkeş komandaya dəstək olmaq üçün gəlməlidi” – yığma Macarıstanda çətin sınaq qarşısında

Ölkəmizin qadınlardan ibarət yığması bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyuna çıxacaq.

İlk oyunda evdə Şimali Makedoniyanı 2:0 hesabıyla məğlub edən Siyasət Əsgərovun komandasının növbəti rəqibi Macarıstandı. Yığmamız artıq Felksut şəhərindədi.

Bəs düşərgədə ümumi ab-hava necədi, zədəli, xəstə futbolçu varmı? Komandanı stadionda dəstəkləyən azərbaycanlı azarkeşlər olacaqmı?

Bu haqda bilgi almaq üçün hazırda Macarıstanda olan AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin baş mütəxəssisi Törə Əhmədova ilə əlaqə saxladıq:

“Vəziyyət çox yaxşıdı, komandada əhval-ruhiyyə olduqca gözəldi. Əsra Manya, Diana Məmmədova və Alina Dorofeyeva zədəlidi, təlim-məşq toplanışına da qoşulmamışdılar. 1-ci oyundan sonra kiçik zədələr oldu, amma oyuna qədər hazır olacaqlar. Şükür Allaha, hər şey yaxşıdı. Gəldiyimiz şəhər paytaxtdan 1 saat 10 dəqiqəlik məsafədədi. 20 azərbaycanlı azarkeş komandaya dəstək olmaq üçün gəlməlidi”.

Xatırladaq ki, matç Bakı vaxtı ilə 17.30-da start götürəcək.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
94
1
football-plus.az

2Mənbələr