Dubay hava limanı üzərində güclü partlayış səsi eşidilib və ardınca ərazi üzərində tüstü buludu müşahidə olunub. Bu barədə hadisə şahidi AFP agentliyinə məlumat verib.
NOCOMMENT.az xəbər verir ki, uçuşların izlənməsi üçün istifadə olunan Flightradar24 platformasında hava limanı üzərində bir neçə təyyarənin dövrə vurduğu görünür.
Ehtimal olunur ki, təyyarələr eniş üçün gözləmə rejimində saxlanılır.
Aliyə
NOCOMMENT.az