AZ

“20 azərbaycanlı azarkeş komandaya dəstək olmaq üçün gəlməlidi” yığma Macarıstanda çətin sınaq qarşısında

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ölkəmizin qadınlardan ibarət yığması bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyuna çıxacaq. İlk oyunda evdə Şimali Makedoniyanı 2:0 hesabıyla məğlub edən Siyasət Əsgərovun komandasının növbəti rəqibi Macarıstandı. Yığmamız artıq Felksut şəhərindədi. Bəs düşərgədə ümumi ab-hava necədi, zədəli, xəstə futbolçu varmı? Komandanı stadionda dəstəkləyən azərbaycanlı azarkeşlər olacaqmı? Bu haqda bilgi almaq üçün hazırda Macarıstanda olan AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin baş mütəxəssisi Törə Əhmədova ilə əlaqə saxladıq:

“Vəziyyət çox yaxşıdı, komandada əhval-ruhiyyə olduqca gözəldi. Əsra Manya, Diana Məmmədova və Alina Dorofeyeva zədəlidi, təlim-məşq toplanışına da qoşulmamışdılar. 1-ci oyundan sonra kiçik zədələr oldu, amma oyuna qədər hazır olacaqlar. Şükür Allaha, hər şey yaxşıdı. Gəldiyimiz şəhər paytaxtdan 1 saat 10 dəqiqəlik məsafədədi. 20 azərbaycanlı azarkeş komandaya dəstək olmaq üçün gəlməlidi”.

Xatırladaq ki, matç Bakı vaxtı ilə 17.30-da start götürəcək.MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
1
icma.az

2Mənbələr