AZ

Zərbələr başqa dövlətlərin ərazi bütövlüyünə qarşı yönəlməyib VİDEO

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bir ölkə hücuma məruz qalanda mütləq özünü müdafiə etməlidir. ABŞ və ya İsrailin hərbi bazaları İran tərəfindən zərbə altına alınıbmı? Fevralın 28-də İrana hücum olub. Bundan sonra İran özünü müdafiə edib”.

Globalinfo.az bildirir ki, bu sözləri Baku TV-yə müsahibəsində İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu “Hazırda İranın demək olar ki, bütün qonşuları ilə müəyyən narahatlıqları var. Qısa müddətdə İranla problemi olmayan dövlət demək olar ki, yoxdur. Bunun səbəbi nədir?” sualını cavablandırarkən deyib.

“O hücumlarla bağlı İran rəsmi şəkildə bəyan edib ki, bu addımlar yalnız təcavüzə qarşı müdafiə xarakteri daşıyır. Eyni zamanda İran bildirib ki, bu zərbələr başqa dövlətlərin milli suverenliyinə və ya ərazi bütövlüyünə qarşı yönəlməyib. Zərbələr yalnız hərbi bazalara endirilib.

Demək istəyirəm ki, əgər İrana qarşı bu hücum baş verməsəydi, İran da təbii ki, müdafiə məqsədilə cavab zərbələri endirməzdi. İrana qarşı hərbi təcavüz dayandırılarsa, İran da öz zərbələrini dayandıracaq”, – deyə səfir bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
globalinfo.az

1Mənbələr