AZ

28 min manatı oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Xətai rayonunda qohumunun 28 min manatını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin bacısı qızı N.Nəzərova müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin həmin maddi vəsaiti xalasının mənzilində yaşadığı müddətdə hissə-hissə taladığı məlum olub.

Araşdırma davam etdirilir.


Telegram kanalımız
Seçilən
99
12
yenisabah.az

10Mənbələr