AZ

Bakıda zəncirvari qəza baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Nizami rayonu, Qara Qarayev prospektində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, “Toyota Corolla”, “Hyundai” və “Toyota Prius” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində “Toyota Prius” markalı minik avtomobilində olan vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1994-cü il təvəllüdlü İslamzadə Nəzrin Faiq qızını avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
97
21
xezerxeber.az

10Mənbələr