AZ

Novruz ərəfəsində çərəz bazarı: İranla bağlı vəziyyət qiymətlərə təsir göstərəcək?

Bakı.Trend:

Novruz bayramı ərəfəsində bazarlarda və satış məntəqələrindəbayram süfrəsinin əsas atributlarından sayılan çərəz və qurumeyvələrə tələbat ənənəvi olaraq artır. Alıcıların artan marağı iləparalel olaraq, bazarlarda qiymətlərdə də müəyyən dəyişikliklərmüşahidə olunur. Xüsusilə fındıq, qoz, badam, püstə, həmçininkişmiş kimi çərəzlər, ərik qurusu və digər quru meyvələr bayramsüfrəsinin ayrılmaz hissəsi olduğu üçün bu məhsulların satışındacanlanma yaranır. Bayram yaxınlaşdıqca tələbat daha da yüksəlir vəbu hal bazardakı qiymətlərə necə təsir edir?

İqtisadçı ekspert Xalid Kərimli mövzu ilə bağlı Trend-ə açıqlamasındabildirib ki, ənənəvi olaraq Novruz bayramı, Yeni il və digəruzunmüddətli tətillər dövründə mövsümə uyğun istifadə olunanməhsullara tələbat kəskin şəkildə artır. Məsələn, Yeni ilərəfəsində bayram oyuncaqlarına, yolkalara, müxtəlif bəzəkəşyalarına və hədiyyələrə tələbatın artdığını müşahidə edirik.

“Belə dövrlərdə müəyyən məhsullar üzrə bazarda tələbatın kəskinartması baş verir. Məsələn, 8 Mart bayramı ərəfəsində güllərətələbat ciddi şəkildə yüksəlir və bu dövrdə həmin məhsullarınqiyməti təxminən 10-20% arta bilir.

Novruz bayramı dövründə isə xüsusilə İrandan idxal olunanməhsulların daha çox istifadə edildiyini görürük. Quru meyvələr vəbayram süfrəsi üçün istifadə olunan digər məhsullara tələbat artır.Bu səbəbdən həmin məhsulların qiymətlərində də artım ehtimalıyaranır. Burada məsələ yalnız məhsulların birbaşa İrandan idxalolunması ilə bağlı deyil. Eyni zamanda Türkiyədən gələn bəziməhsullar da Azərbaycana İran üzərindən tranzit yolu iləçatdırılır.

Bu baxımdan logistika məsələlərində yaranan çətinliklər,risklərin artması və narahatlıqlar da qiymətlərə təsir göstərəbilər. Qeyd etmək lazımdır ki, bu cür qiymət artımları əsasənbayram ərəfəsində müşahidə olunur və bayramdan sonra bazar tədricənəvvəlki vəziyyətinə qayıdır”.

İqtisadçı vurğulayıb ki, ümumilikdə İrandan gələn məhsullarınqiymətlərində müəyyən artım gözlənilir.

“Bunun bir neçə səbəbi var. Birincisi, mövcud vəziyyət riskfaktorlarını artırır. İkincisi, təchizat zəncirində müəyyənqırılmalar baş verə bilər. Üçüncüsü isə İran üzərindən Azərbaycanagələn yüklərin marşrutlarının dəyişməsi və ya daşınma xərclərininartması ehtimalı mövcuddur.

Hazırda regionda gərgin vəziyyətin olması da yükdaşıma sektorunatəsir göstərir. Daşıyıcı şirkətlər risklərin artması səbəbindən yaqiymətləri yüksəldə, ya da bəzi marşrutlar üzrə daşımadan imtinaedə bilərlər. Əlbəttə, alternativ marşrutlar həmişə mövcuddur,lakin əsas marşrutların seçilməsinin səbəbi onların daha sərfəli vədaha qısa olmasıdır. Alternativ marşrutlardan istifadə edildikdəisə məsafə uzanır və ya daşınma xərcləri artır ki, bu da sonnəticədə məhsulların qiymətinə təsir göstərir”.

Ekpert əlavə edib ki, nəticə etibarilə, Novruz bayramı iləəlaqədar tələbatı artan məhsulların qiymətində müəyyən artımınolması gözləniləndir. İranla bağlı mövcud vəziyyət isə bu qiymətartımını daha da sürətləndirə bilər.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə Trend-ə açıqlamasındabildirib ki, bazarda təklif kifayət qədərdir, yəni çərşənbələrdənbaşlayaraq satış məntəqələrində müxtəlif çeşiddə çərəz və qurumeyvələrin bol olduğu görünür.

“Müşahidələr göstərir ki, bəzi məhsullarda qiymətlər ötən illəmüqayisədə nisbətən aşağıdır, amma bu, bütün məhsullara aid deyil.Məsələn, bəzi çərəz və quru meyvə növlərində qiymətlərdə müəyyənazalma var, digərlərində isə cüzi artım müşahidə olunur. Ümumilikdəisə qiymətlərin əsasən eyni səviyyədə qaldığını demək olar", - deyəo qeyd edib.

Ekspertin fikrincə, alıcılar daha çox əsas qida məhsullarınaüstünlük verirlər. Bunlara çörək, süd məhsulları, makaron,vermişel, kartof, soğan kimi gündəlik və daha ucuz məhsullardaxildir:

“Təbii ki, bayram yaxınlaşdıqca insanlar müəyyən qədəralış-veriş edəcəklər. İnsanlar bayram süfrəsində müəyyənməhsulların olmasını istəyirlər. Sadəcə, imkanları məhdud olanlardaha ucuz məhsullara üstünlük verərək süfrədə simvolik bir bayramab-havası yaratmağa çalışırlar”.

O qeyd edib ki, İrandan müəyyən məhsulların ixracına məhdudiyyətqoyulması və ya İranla bağlı logistika məsələləri qısa müddətdə,xüsusilə də bayrama qədər bazara ciddi təsir göstərməyəcək:

"Hazırda bazarda quru meyvə və çərəz məhsullarının çatışmazlığımüşahidə olunmur, əksinə, görünür ki, sahibkarlar bayram dövründətələbatın artacağını nəzərə alaraq əvvəlcədən daha çox məhsulgətiriblər".

“Onlar adətən bilirlər ki, bayram günlərində müəyyən qədər satışolacaq və buna görə də ehtiyatlarını artırırlar. Bununla belə,istisna deyil ki, bəzi sahibkarlar bayramdan istifadə edərəkqiymətləri süni şəkildə artırmağa cəhd etsinlər, lakin hazırkıvəziyyətdə bazarda kəskin qiymət artımı üçün ciddi iqtisadi əsasgörünmür”,- deyə ekspert əlavə edib.

Seçilən
115
4
az.trend.az

5Mənbələr