AZ

Tramp İranı bombalamaqdan danışdı, Messi alqışladı və gülümsədi!

ABŞ prezidenti Donald Tramp Lionel Messinin sayəsində tarixinin ilk çempionluğunu qazanan ''İnter Mayami''ni qəbul edib.

"Football-plus.az" xəbər verir ki, ''Ağ ev''də baş tutan tədbirdə futbolçulardan başqa klubun rəhbərliyi və məşqçilər korpusu da iştirak edib.

Trampın bu günlərdə İsrail ilə birləşərək İrana bombalar yağdırması heç kimə sirr deyil. ABŞ prezidenti ''İnter Mayami''nin üzvləri ilə görüşdə də gündəmi zəbt edən bu mövzuya toxunub. Açıqlamasında İranla bağlı diqqətçəkən ifadələr işlədən Tramp bunları deyib:

''İranı qoruyan əsgərlər və İran polisi silahları yerə qoymalıdı. Əks təqdirdə hamısı öldürüləcək. İran Orta Şərqdə az qala hər ölkəni bombalayıb. Sonra biz gəldik və onların planları suya düşdü. Onlara tarixin doğru tərəfində olmaq fürsəti veririk. Əks təqdirdə hamısı öləcək''.

Tədbirin ən diqqətçəkən və sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olan məqamı Trampın sözlərinin ardından Messi ilə Luis Suares də daxil olmaqla futbolçuların onu alqışlaması oldu.

Eləcə də Tramp İranı bombalamaqdan danışarkən Messinin gülümsəməsi də birmənalı qarşılanmadı.
Seçilən
115
football-plus.az

1Mənbələr