AZ

İranda 3000-dən çox hədəfə zərbələr endirilib - VİDEO

ABŞ qüvvələri hərbi əməliyyatın başlanğıcından bu günə qədər İranda 3 000-dən çox hədəfə zərbələr endirib.

Bu barədə Oxu.Az ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına əsasən xəbər verir.

Bildirilib ki, ABŞ, həmçinin İranın 43 hərbi gəmisinə, o cümlədən dronları daşıyan bir aviadaşıyıcısına zərər verib və ya məhv edib.

Xəbərə görə, əməliyyatda çox sayda taktiki təyyarə ilə yanaşı, İranın ən təhlükəsiz ballistik raket saxlama və istehsal müəssisələrinə güclü zərbələr endirən "B-2A", "B-52H" və "B-1B" kimi strateji bombardmançı təyyarələr də iştirak edir.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

"Cebheinfo.az"

Seçilən
125
1
cebheinfo.az

2Mənbələr