AZ

“Məsuliyyətdən yayınma cəhdi...”-Pezeşkiana Bakıdan daha bir reaksiya

"İran prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmək əvəzinə, dünən rusiyalı həmkarı Vladimir Putinə zəng edərək ölkəsinin Naxçıvana dron hücumu həyata keçirmədiyini bildirib. Bununla da Pezeşkian, dron hücumu ilə bağlı üzr istəmək və məsələni araşdırmaq əvəzinə, təkzib yolunu seçmiş oldu".

Picture

Musavat.com-un məlumatına görə, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Pezeşkianın bu addımını məntiqsiz adlandırıb: "İran prezidentinin “düşmənlərin əməlidir” iddiasının arxasında ABŞ və ya İsrailin hərəkətlərinə işarə duruBu məntiqə görə, ABŞ və ya İsrail İran ərazisindən Naxçıvana dron hücumu həyata keçirib.
Pezeşkian və onun kimi düşünənlərin başqa məntiqinə görə isə ABŞ və İsrail İran üzərindən Azərbaycan ərazisinə dron hücumu edərək, iki ölkə arasındakı münasibətləri gərginləşdirmək istəyiblər. Elə bil bu illər ərzində Azərbaycana qarşı təxribatları həyata keçirənlər İranın güc strukturları olmayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat tədbirləri nəticəsində SEPAH tərəfindən Azərbaycanda planlanan terror təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanmasının qarşısı alınıb. Bu isə göstərir ki, ABŞ və İsrailin bu prosesdə rolu haqda Pezeşkianın iddiaları daha çox siyasi təkzib və məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirilə bilər".

Politoloq həmçinin vurğulayıb ki, Pezeşkianın Azərbaycanla birbaşa əlaqə saxlamaması və Rusiya vasitəsilə məsələni şərh etməsi, İranın diplomatik məsuliyyətdən yayınaraq təxribatları inkar etməsi kimi də qiymətləndirilir və regionda gərginliyin daha da artmasına xidmət edir.

Xalidə Gəray
Musavat.com

Seçilən
67
17
musavat.com

10Mənbələr