AZ

Həcc ziyarəti üzrə sənəd qəbulunun vaxtı bu gün bitir, kvota tamamlanmayıb - QMİ

Bakı. Trend:

Həcc ziyarəti üzrə kvota hələ ki, tamamlanmayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanlarıİdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistemrəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Həcc ziyarəti üzrə sənəd qəbulun vaxtınınbitməsinə baxmayaraq qəbul davam etdirilir:

"Qarşı tərəflə danışıqlar aparılır. Artıq kvotanın 85 faizdənçoxu tamamlanıb. İlk uçuş isə mayın 17-də olacaq. İlk zəvvarqrupunda 180 nəfər olacaq. Hazırda baş verən gərginliklərlə bağlıheç bir dəyişiklik yoxdur, proses normal şəkildə davam edir.Qeydiyyat prosesi hələ ki, davam edir. Ziyarətdən imtina edənləryoxdur, gündəlik müraciətlər qeydə alınır".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və ÜmrəNazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə vəbölgələrdə yaşayan vətəndaşların çoxsaylı müraciətlərini nəzərəalaraq builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının7-dək uzadılmışdı.

Xatırladaq ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞdolları, yəni 10 388 AZN təşkil edir.

Seçilən
91
7
az.trend.az

8Mənbələr