Rusiyada dəmir yolu infrastrukturunun zədələnməsi nəticəsində bir neçə qatarın hərəkətində gecikmə yaranıb.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Moskva Dəmir Yolları” “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, martın 7-də saat 01:58-də Rusiyanın Ryazan vilayətində, Ryazan-1 – Lesok dəmir yolu sahəsində infrastruktur zədələnib.
Hadisə nəticəsində kontakt elektrik xəttində nasazlıq yaranıb və qatarların hərəkəti müvəqqəti dayandırılıb. Hazırda qatarlar yalnız bir xətt üzrə hərəkət edir.
Buna görə də Moskva istiqamətində hərəkət edən bir sıra qatarlarda gecikmələr qeydə alınıb. Gecikmə Samara, Saransk, Çelyabinsk, Penza, Ulyanovsk, Tolyatti və Orsk şəhərlərindən gələn qatarlara, həmçinin Sankt-Peterburq – Orenburq marşrutu üzrə hərəkət edən qatara təsir edib.
Dəmir yolu infrastrukturuna dəyən ziyanın səbəbi hələlik məlum deyil. Sərnişinlərə lazımi yardımın göstərildiyi bildirilib.
Qeyd edək ki, daha əvvəl Rusiyada bir yeniyetmənin 300 min rubl dəyərində dəmir yolu avadanlığına ziyan vurduğu barədə də məlumat yayılmışdı.