AZ

İsrail ordusu Hizbullah komandirlərini hədəf aldı

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gecə Livanın cənub və şərqində həyata keçirilən hava zərbələrinin hədəfi Hizbullahın obyektləri və komandirləri olub.

Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (ÇAXAL) məlumat yayıb.

Bildirilib ki, Cənubi Livan və Bekaa vadisinin bir neçə bölgəsindəki zərbələr raket buraxılış sistemlərini, silah anbarlarını və terror qrupuna aid hərbi obyektləri vurub.

ÇAXAL cənubdakı Majdal Səlim şəhərində Hizbullahın elit Radvan qüvvələrinin bir neçə komandirini və həmin bölməyə aid iki binanı vurduğunu da bildirib.

Qeyd edilib ki, öldürülən Radvan qüvvələrinin komandirləri son vaxtlar ÇAXAL hərbçilərinə və İsrailin mülki əhalisinə qarşı müxtəlif terror hücumlarını hazırlamaq və həyata keçirmək üzərində çalışıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
63
3
axar.az

4Mənbələr