AZ

Samuxda qadın bıçaqlanıb, oğlu saxlanılıb

Samuxda
Samuxda qadın bıçaqlanıb. 1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Əhmədbəyli kəndində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü E.Ələkbərova ailə münaqişəsi zəminində bıçaq xəsarəti alıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törətməkdə isə E.Ələkbərovanın oğlu, 2005-ci il təvəllüdlü R.Ələkbərov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
94
7
1news.az

8Mənbələr